Xocavənddə vəzifəli şəxsin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 20-si Beyləqan rayonu ərazisində baş verib.
Xocavənd rayon Statistika İdarəsinin rəisi Fərnad Tahir oğlu Tahirov istifadəsində olan xidməti “Nissan Sunny” markalı 28-AA-021 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində F. Tahirov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qəza yerindən görüntüləri təqdim edirik: