Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Məlumata görə, amnistiya aktı ona da şamil edilib.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum edilib./Qafqazinfo.az/