Medianews.az
Gənclər bu kəndi tərk edirlər -
60 baxış

Gənclər bu kəndi tərk edirlər - VİDEO

Lənkəran rayonunun ucqar dağ kəndlərindən olan Diryan, Gəgiran, Köhnə Gəgirə gedən yollar bərbad vəziyyətdədir.

Medianews.az xəbər verir ki, bu ərazilərə yağış, qar yağan kimi rayon mərkəzi ilə əlaqə kəsilir.

Uşaqların məktəbə getmələri çətinləşir. Uzaq yoldan kəndə gələn müəllimlər isə gələ bilmirlər. Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə həm də sürücülər olur.

Kəndin gəncləri gəncləri deyirlər ki, buranın gözəlliyi, relyefi imkan verir ki, turizm potensialı inkişaf etsin. Gənclər də kənddə qalıb işləsinlər. Amma, infrastruktur buna imkan vermir.

Məsələ ilə bağlı Avtomobil Yolları üzrə Dövlət Agentliyindən bildirildi ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması investisiya proqramları çərçivəsində öz həllini tapır. Həmin yolun yenidən qurulması üçün də təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. İnvestisiya proqramına daxil ediləndən sonra Lənkəran rayonunun Diryan-Jidi-Gəgiran-Köhnə-Gəgir kəndlərinə gedən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.

Bizə qoşulun