Medianews.az
Gəncədə bədbəxt hadisə:
48 baxış

Gəncədə bədbəxt hadisə: yeniyetmənin əlində fişəng partladı

Gəncədə bədbəxt hadisə baş verib.

Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlinin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə fişəng partlaması nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun