Aktrisa Asena Keskincinin illər sonra həmkarı Evrim Akın barədə qaldırdığı iddialar Türkiyə mediasında geniş müzakirə olunur.
Medianews.az xəbər verir ki, məsələyə məşhur aktrisa Oya Başar da münasibət bildirib. O, Evrim Akını müdafiə edib.
Oya Başar xatırldırb ki, Evrimlə eyni seriala çəkilib, onu yaxşı tanıyır: “Çox hörmətli, mərd adamdır. Zorakılıq edə biləcək bir insan deyil”.
Oya Başar Evrim Akın barədə yayılan iddiaları eşitmək belə istəmədiyini vurğulayıb.
Asena Keskinci bir müddət əvvəl “Bez Bebek” serialının çəkilişləri zamanı ailəvi çətinlik yaşadığını, Evrim Akının onunla kobud davrandığını, istər mənəvi-psixoloji, istərsə də fiziki təzyiqlərə məruz qaldığını iddia edir. Serial heyətindən bəzi şəxslər Keskincinin iddiasını təsdiqləyir.
Medianews.az