Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə verilən uşaqların sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov "2025-ci ilin yekunları və qarşıda duran hədəflər"ə dair keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, 2025-ci il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır:
"Maraqlı bir faktı qeyd edim ki, övladlığa verilən uşaqlardan üçü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə dörd uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olublar".