Medianews.az
Bakı metrosu sabah gücləndirilmiş iş rejimində
75 baxış

Bakı metrosu sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Medianews.az-a Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Bizə qoşulun