Medianews.az
Bu ölkədə fövqəladə vəziyyət elan edildi, xeyli sayda ölən var -
97 baxış

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, xeyli sayda ölən var - FOTO

Çilidə ölkənin cənubunda yerləşən Nuble və Biobio bölgələrində davam edən güclü meşə yanğınları böyük fəlakətə səbəb olub.

Milli.Az xəbər verir ki, yanğınlar nəticəsində 300 ev tamamilə məhv olub, 18 min hektar ərazi külə çevrilib və bölgədə fövqəladə vəziyyət elan edilib.

Çili Prezidenti Qabriel Boric yanğınların 17 yanvardan etibarən nəzarətdən çıxdığını bildirərək, hazırda 18 nəfərin həyatını itirdiyini, lakin ölənlərin sayının artacağından narahat olduqlarını açıqlayıb.

Prezident Boric bildirib ki, dövlətin bütün resursları səfərbər olunub:

"Hazırda 18 təsdiqlənmiş ölüm hadisəsi var. Təəssüf ki, bu rəqəmin artacağına əminik. Xüsusilə Penco və Tome bölgələrində vəziyyət son dərəcə kritikdir".

Hazırda ölkə yeni humanitar böhran təhlükəsi ilə üzləşib.

Bizə qoşulun