200 sərnişin daşıyan United Airlines təyyarəsi ABŞ hava limanına eniş edərkən təkərini itirib.
Medianews.az xəbər verir ki, bu barədə "The New York Post" qəzetinin məlumat yayıb.
Hadisə 18 yanvarda Orlando hava limanında baş verib. Aviaşirkət nümayəndəsinin sözlərinə görə, göyərtəsində 200 sərnişin olan təyyarə eniş etdikdən sonra "texniki nasazlıq" yaşayıb və şirkətin sərnişinləri avtobusla terminala daşınmalı olublar.
İnternetdə yayımlanan görüntülərdə təyyarənin eniş şassisi uçuş-enmə zolağına dəyərkən aşağı əyildiyi, yerə çırpıldığı və burun təkərinin sıradan çıxdığı görünür.
Hadisə zamanı xəsarət alan olmayıb. Lakin təyyarə uçuş-enmə zolağını bağladığı və yedəkləndiyi üçün hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Medianews.az
MCO today, “can see what looks like a nose wheel roll off the gear and exit to the right “ pic.twitter.com/jjb0ofWY5c
— JonNYC (@xJonNYC) January 18, 2026