Arton Capital beynəlxalq kompaniyası dünyanın ən güclü pasportlarının reytinqini təşkil edən “Global Passport Power Rank 2026”nı açıqlayıb.
Dünyanın ən güclü pasportlarının reytinqinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu başçılıq edir.
İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və İspaniya gəlir.
İlk "10-luq"da daha sonra Belçika, Fransa, Almaniya, İsveç, Niderland, Finlandiya, Lüksemburq sıralanıb.
Dünyanın ən güclü pasportlarının reytinqində Azərbaycan pasportu 62-ci yerdə qərarlaşıb.
Ermənistan pasportu 66-cı yerdə gəlir.
Reytinqdə sonuncu üç yeri bu ölkələrin pasportları tutur:
100-cü yer: İraq
101-ci yer: Suriya
102-ci yer: Əfqanıstan
Reytinq vizasız səyahət imtiyazlarını və gediş zamanı viza almaq imkanını əhatə edən mobillik indeksi ilə müəyyən edilir. İndeks nə qədər yüksəkdirsə, pasport sahibinin qlobal mobilliyi bir o qədər yüksəkdir./Modern.az/