Medianews.az
Ağ Evdə İrana mümkün zərbə planlarının müzakirəsi
133 baxış

Ağ Evdə İrana mümkün zərbə planlarının müzakirəsi BAŞLADI

ABŞ administrasiyasında İrana mümkün zərbələrlə bağlı müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "Wall Street Journal" qəzeti mötəbər mənbələrə istinadən yayıb.

Biıdirilir ki, ABŞ rəsmiləri prezident Donald Trampın təhdidləri fonunda potensial hədəflər də daxil olmaqla, İrana mümkün zərbə planlarını müzakirə ediblər.

Nəzərdən keçirilən variantlardan biri İrandakı bir sıra hərbi hədəflərə qarşı genişmiqyaslı hava hücumları seriyasıdır.
Eyni zamanda mənbələr qəzetə bildiriblər ki, müzakirələr standart planlaşdırma çərçivəsində aparılır və zərbələrin həqiqətən həyata keçiriləcəyinə dair heç bir əlamət yoxdur.

Bizə qoşulun