Medianews.az
Hollivud filmində böyük yanlışlıq:
186 baxış

Hollivud filmində böyük yanlışlıq: Nizami Gəncəvi ilə bağlı səhv düzəldiləcək?

Amerikalı rejissor Co Karnahanın "Not Without Hope" ("Ümidsiz olma") adlı filminin yayımlanan treylerində texniki səhvə yol verilib.

Medianews.az xəbər bu barədə Baku TV-nin "24 saat" verilişində məlumat verilib.

Qeyd edilib ki, filmin treylerində dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat yer alıb. Lakin məsələ burasındadır ki, əsərdən ingiliscə sitat gətirilsə də, şairin adı düzgün yazılmayıb.

"Filmi hazırlayanlar ədibin adını Nizami Gəncəvi deyil, İzami Gəncəvi kimi qeyd ediblər. Texniki yanlışlığın filmin yekun versiyasında aradan qaldırılıb-qaldırılmayacağı isə hələ ki məlum deyil", - deyə əlavə edilib.

Qeyd edək ki, film dram və triller janrlarında çəkilib, real hadisələrə əsaslanır. Ekran işi okeanda baş verən faciədən sonra həyat uğrunda mübarizə aparan insanların hekayəsindən bəhs edir.

Bizə qoşulun