Hazırda İsrail ərazisində vətəndaşlara kütləvi şəkildə SMS mesajları göndərilir.
Medianews.az xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.
Mesajların ingilis dilində mətni belədir:
“We are coming, look at the sky at midnight” (“Biz gəlirik, gecə yarısı səmaya baxın”).
Ölkənin Milli Kibertəhlükəsizlik Xidməti bildirib ki, bu cür mesajlar vətəndaşlarda qorxu və çaşqınlıq yaratmaq məqsədilə yayılır. Hələlik rəsmi mənbələr heç bir real təhlükənin mövcud olmadığını vurğulayır və sakinləri panikaya qapılmamağa çağırır.
Ekspertlər hesab edirlər ki, bu tip kütləvi SMS yayımı “psixoloji əməliyyat” kimi qiymətləndirilə bilər və məqsədi sadəcə ictimaiyyətdə qorxu və təşviş yaratmaqdır.
İsrail vətəndaşlarına tövsiyə edilir ki, belə mesajlara etibar etməsinlər və yalnız rəsmi xəbər mənbələrindən məlumat əldə etsinlər.
