Medianews.az
“iOS 27” üçün yeni emojilər -
99 baxış

“iOS 27” üçün yeni emojilər - Turşu xiyar, pozan...

2026-cı ilin sentyabrında buraxılacaq “Emoji 18.0”a əlavə ediləcək emojilərin ilkin siyahısı açıqlanıb. 

“Qafqazinfo” “MacRumors”a istinadən xəbər verir ki, “Unicod” konsorsiumunun açıqladığı siyahıya 9 emoji daxildir. 

Belə ki, dəstə qıyılmış üz, sağa işarə edən baş barmaq, sola işarə edən baş barmaq, turşu xiyar, mayak, pozan, dəstəkli əl toru, monarx kəpənəyi və meteorit kimi emojilərin daxil edilməsi təklif olunur. 

“Apple” brendinin həmin emojiləri 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəllərində “iOS 27” əməliyyat sisteminin yeniləmələrindən birində əlavə edəcəyi gözlənilir.

Bizə qoşulun