Medianews.az
Dumanlı hava şəraiti davam edir, görünüş 700 metrədək
115 baxış

Dumanlı hava şəraiti davam edir, görünüş 700 metrədək məhdudlaşır

Azərbaycanın bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur.

Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Bizə qoşulun