Medianews.az
Etirazçılar Tejranda SEPAH-ın binalarını yandırır -
210 baxış

Etirazçılar Tejranda SEPAH-ın binalarını yandırır - İran saytları sıradan çıxıb

İranın paytaxtı Tehranda vəziyyət nəzarətdən çıxıb. Etirazçılar şəhərin müxtəlif ərazilərində İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus binaları yandırır.

Musavat.com xəbər verir ki, paytaxtda kütləvi qarşıdurmalar davam edir, bir sıra inzibati və təhlükəsizlik obyektləri hücuma məruz qalıb. Gecə saatlarında Tehran səmasında yanğınlar və tüstü müşahidə olunur.

Bununla paralel olaraq, İranın dövlət informasiya agentliyi IRNA-nın rəsmi saytı fəaliyyətini dayandırıb. Məlumata görə, ayətullahlar rejiminə məxsus bir sıra digər rəsmi və hökumətyönlü saytlar da ya çöküb, ya da tamamilə əlçatan deyil. Hadisənin kiberhücum, yaxud daxili texniki sabotaj nəticəsində baş verdiyi istisna olunmur.

Müşahidəçilər bildirir ki, informasiya məkanının iflic edilməsi Tehran hakimiyyətinin vəziyyətə nəzarəti itirdiyini göstərən əsas əlamətlərdən biridir. 

Paytaxtda baş verənlər İran rejimi üçün son illərin ən ağır böhranı kimi qiymətləndirilir.

Bizə qoşulun