Medianews.az
İranda etirazlardan yeni şüar: "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" - VİDEO
110 baxış

İranda etirazlardan yeni şüar: "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" - VİDEO

İranın müxtəlif bölgələrində hökumət əleyhinə etiraz aksiyaları kəskin mərhələyə keçib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiyalar artıq təkcə iqtisadi və sosial tələblərlə məhdudlaşmır, siyasi şüarlarla müşayiət olunur.

İranın azərbaycanlıların kompakt yaşadığı Urmiya şəhərində keçirilən etiraz aksiyasında “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı səsləndirilir. 

Eyni zamanda Kərəc və İranın şimal-şərqində yerləşən Nişapur şəhərlərində təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığına dair məlumatlar yayılıb. Nişapurdan atəş səslərinin eşidildiyi bildirilir.

Paytaxt Tehranda isə vəziyyət daha gərgin qiymətləndirilir. Məlumatlara görə, etirazçılar Ali dini lider Əli Xamneyinin iqamətgahına və ayətullah ofisinə doğru irəliləməyə cəhd göstərib. Təhlükəsizlik səbəbi ilə mərkəzi meydanlar bağlanıb, şəhərin əsas hissələrində nəzarət gücləndirilib.

Hazırda rəsmi qurumlar hadisələrlə bağlı geniş açıqlama verməsə də, ölkə boyu etiraz dalğasının səngimədiyi və yeni şəhərlərə yayıldığı bildirilir./Musavat.com

Bizə qoşulun