Medianews.az
Dubay şahzadəsinin keçmiş azərbaycanlı xanımı yoxa çıxdı -
115 baxış

Dubay şahzadəsinin keçmiş azərbaycanlı xanımı yoxa çıxdı - FOTO

Azərbaycanın keçmiş milli gimnastı Zeynəb Cavadlı və üç qızının Dubayda yaşadıqları evdən naməlum istiqamətə aparıldığı iddia edilir.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Dubay Krallıq Ailəsinin üzvü olan Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlının və uşaqlarının taleyi ilə bağlı narahatlıq yaranıb. Cavadlının britaniyalı vəkili David Heyq müvəkkili ilə sonuncu dəfə bir gün əvvəl danışdığını, daha sonra isə onunla və uşaqlarla bütün əlaqənin kəsildiyini açıqlayıb.

Vəkilin iddiasına görə, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Zeynəb Cavadlının evinə basqın edərək onu və üç qızını aparıblar. Cavadlının anasının da qızına dəstək olmaq üçün Dubaya getdiyi, lakin evin bağlı olduğunu gördüyü və ölkədən çıxışına icazə verilmədiyi iddia edilir.

Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla üç qızın ataları Şeyx Səidə təhvil verilməsini tələb edib və qərarın lazım gələrsə məcburi qaydada icra oluna biləcəyini qeyd edib.

Zeynəb Cavadlı bir neçə ay əvvəl yayımladığı videoda göz yaşları içində uşaqlarının əlindən alınacağından qorxduğunu bildirərək beynəlxalq ictimaiyyətdən kömək istəmişdi.

Vəkil David Heyq məsələ ilə bağlı BMT-yə müraciət edildiyini və beynəlxalq təşkilatların təcili müdaxiləsinin vacib olduğunu bildirib. Hadisə ilə bağlı Dubay polisi və Şeyx Səidin hüquq komandası hələlik rəsmi açıqlama verməyib.

Medianews.az

Zeynab Javadli ve Şeyh Saeed, en büyük kızları Sana ile birlikte. Fotoğraf 2018'de, yani 7 yıl önce çekildi.

Bizə qoşulun