Medianews.az
Dövlət Xidmətinin əməkdaşları təltif edildi -
54 baxış

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Siyahı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib.

Medianews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Qarayev Natiq Sahib oğlu – general-mayor

Cəfərov Elməddin Qulu oğlu – polkovnik

Quliyev İslam Ramiz oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Hidayev Əziz Şahmurad oğlu – polkovnik

Abbasov Hikmət Zahid oğlu – mayor

Əliyeva Samirə Təşkilat qızı – mayor

“Tərəqqi” medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.

Bizə qoşulun