Medianews.az
Dörd gün ac-susuz -
102 baxış

Dörd gün ac-susuz - 76 yaşlı kişi SAĞ QALDI

ABŞ-nin Arizona ştatının Bladdi-Beysin bölgəsində vəhşi təbiətdə itkin düşən 76 yaşlı kişi Mark Yanq dörd gün orada ac-susuz qalıb. 

Medianews.az xəbər veirir ki, Vyetnam müharibəsi veteranı təkbaşına düşərgə qurmaq üçün sözügedən əraziyə gedib. 

20 apreldə axtarış zamanı qışqırıq səsləri eşidilib və uşaqları kişini sağ vəziyyətdə tapıb. O, bütün bu günlər ərzində susuz və aclıqla meşədə qalıb. Yanq gecələr küləkdən qorunmağa çalışıb, gündüzlər isə kölgəli yerlərdə gizlənib.

Veteran helikopterlə xəstəxanaya çatdırılıb. Həkimlər onun susuzlaşdığını, lakin ümumi sağlamlığının yaxşı olduğunu bildiriblər.

Medianews.az

Bizə qoşulun