"Daha yaxşı təmizləyir" düşüncəsi ilə bir-birinə qarışdırılan yuyucu vasitələr (deterjanlar) fərqinə varılmadan zəhərli qazlara çevrilə bilir. Xüsusilə ağardıcı (çamaşır suyu) və turşu tərkibli məhsulların birlikdə istifadəsi ağciyərlərdə qalıcı zədələrə belə səbəb olur.
Demokrat.az xəbər verir ki, Prof. Dr. Asım Kalkanın sözlərinə görə, ağardıcı asidik bir maddə ilə qarışdıqda xlor qazı yaranır. Xlor inanılmaz dərəcədə zəhərlidir və Birinci Dünya Müharibəsində insanları zəhərləmək üçün istifadə edilmişdir. Ağardıcını ammonyak tərkibli təmizlik vasitələri ilə qarışdırdıqda isə xloramin adlı qaz yaranır ki, bunların hər ikisi tənəffüs sistemi üçün çox təhlükəlidir.
Zəhərlənmənin əlamətləri nələrdir?
Zəhərlənmə təkcə tənəffüs yolu ilə deyil, dəri vasitəsilə də baş verə bilər. Əsas əlamətlər bunlardır:
Gözlərdə yanma: Gözün üst qatındakı təbəqə çox nazik olduğu üçün ilk hiss edilən əlamətdir.
Boğazda yanma və öskürək: Boğazdakı mukoza təbəqəsinin zədələnməsi ilə yaranır.
Baş ağrısı və ürəkbulanma: Xüsusilə xloramin qazı bu şikayətlərə səbəb olur. Bu əlamətlər varsa, vəziyyət çox ciddidir.
Qalıcı zədələr və risk qrupları
Xroniki ağciyər xəstələri, ürək xəstələri və yaşlılar bu qazlardan daha ağır təsirlənirlər. Hətta bu şəxslərdə infarkt belə tətiklənə bilər. Bəzən bu zəhərlənmə:
Ağciyər toxumasında yapışıqlıqlara,
Əvvəllər olmayan astma xəstəliyinin yaranmasına,
Tənəffüs çatışmazlığına səbəb ola bilir.
İlk Yardım: Nə etməli?
Təmiz havaya çıxın: İlk və ən vacib addım dərhal mühiti tərk etmək və təcili yardıma (112) zəng etməkdir.
Gözləri yuyun: Əgər gözlərdə yanma varsa, ən az 15 dəqiqə bol su ilə yuyulmalıdır (kornea zədələnməsinin qarşısını almaq üçün).
Paltarları dəyişin: Uçucu qazlar paltarlara sindiyi üçün onları çıxarmaq lazımdır.
Yoqurt yeməyin: Xalq arasında yayılan "zəhərlənəndə yoqurt yemək xeyirlidir" fikri səhvdir. Heç bir elmi əsası yoxdur, hətta bəzi hallarda zərərlidir.
Unutmayın: Təmizlik vasitələrini qarışdırmaq evinizi deyil, ağciyərlərinizi "təmizləyib" sıradan çıxara bilər.
24.04.2026, 06:38
89
baxış
Zara Editor