İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra istefa verib.
Medianews.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, o, danışıqlar qrupunu tərk edib.
Qeyd edək ki, Məhəmməd Bağır Qalibaf İranın danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik edirdi.