Medianews.az
DİQQƏT: Bu sürücülər 260 manat cərimələnəcək
233 baxış

DİQQƏT: Bu sürücülər 260 manat cərimələnəcək

Azyaşlının sükan arxasına keçməsi həm yol hərəkəti təhlükəsizliyi, həm də hüquqi baxımdan ciddi risklər yaradır. Bəs, belə hallarda qanun nə deyir və məsuliyyət kimin üzərinə düşür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericiliyə əsasən, azyaşlı nəqliyyat vasitəsini idarə edərsə, bu hal ciddi qayda pozuntusu hesab olunur.

“Belə vəziyyətdə azyaşlının özü üçün nəzərdə tutulan 200 manat cərimə birbaşa ona tətbiq edilmir. Qanun azyaşlıya cərimə yazılmasına imkan vermədiyi üçün həmin məbləğ avtomobilin sahibi olan atasının adına rəsmiləşdirilir. Bundan əlavə, atasına ayrıca olaraq 60 manat cərimə də tətbiq olunur”.

 

Beləliklə, azyaşlının atasına ümumilikdə 260 manat məbləğində cərimə yazılır.

Hüquqşünas qeyd edib ki, valideynlər bu cür hallardan yayınmaq üçün nəqliyyat vasitələrinin açarlarını azyaşlıların sərəncamında saxlamamalı və onların avtomobil idarə etməsinə qəti şəkildə yol verməməlidirlər.

Bizə qoşulun