Medianews.az
Deputatdan əhaliyə çağırış –
128 baxış

Deputatdan əhaliyə çağırış – DİQQƏT risk var!

“Azərbaycanda heyvan sayı azalır, risklər artır”.

Medianews.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, son illərdə həm iri buynuzlu, həm də xırdabuynuzlu heyvanların sayı əhəmiyyətli şəkildə azalıb.

Fazil Mustafa vurğulayıb ki, bu tendensiya ərzaq təhlükəsizliyi üçün ciddi risklər yaradır, kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir və qoyunçuluqla maldarlığın inkişafını çətinləşdirir.

Deputat hökumətin müvafiq qurumlarının atdığı addımların dəstəklənməsinin vacibliyini qeyd edərək, cəmiyyət və ziyalıların bu təşəbbüslərə dəstək verməsinin zəruri olduğunu bildirib.

Fazil Mustafa çıxışında heyvandarlıq sektorunun möhkəmləndirilməsinin həm iqtisadi, həm də ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını söyləyib.

Bizə qoşulun