Medianews.az
Dəhşətli qətl: 16 yaşlı oğlanı çəkiclə
66 baxış

Dəhşətli qətl: 16 yaşlı oğlanı çəkiclə ÖLDÜRDÜ

Hindistanda həbsxanadan azadlığa buraxılan bir kişi 16 yaşlı oğlana hücum edərək çəkiclə öldürüb.

Medianews.az xəbər verir ki, faciə Madhya Pradeş ştatının Samanna kəndində baş verib.

Yeniyetmə bacısının qonaqlığına gedərkən kişi ona arxadan hücum edib. Şahidlərin sözlərinə görə, hücum edən şəxs oğlanı çubuqla yerə yıxıb və sonra başına çəkiclə dəfələrlə zərbələr endirib. O, qurbanın yarasından qan içib və ətini yeməyə çalışıb. Kişi daha sonra tarlaya qaçıb.

Şahidlər hücumçunu tutub hüquq-mühafizə orqanları gələnə qədər saxlayıblar. Onlar iddia edirlər ki, kişi o müddətdə sakit davranıb. Polislər onun ruhi pozğunluq keçirmiş ola biləcəyini düşünür. Məlumta görə, kişi tibbi müayinədən keçəcək.

Medianews.az

Bizə qoşulun