“Çin, Rusiya və Hindistan arasındakı əlaqələr qlobal təhlükəsizliyin açarıdır”.
Medianews.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Rusiya prezidenti Vladimir Putinin Hindistana səfərini şərh edərkən deyib.
"Yaxşı münasibətlərin saxlanılması təkcə üç ölkənin şəxsi maraqlarına xidmət etmir, həm də regionda və dünyada sülh, sabitlik və firavanlığa töhfə verir", - agentliyin nümayəndəsi vurğulayıb.
Jiakun qeyd edib ki, Rusiya, Çin və Hindistan böyük iqtisadiyyatlardır və Qlobal Cənubda mühüm rol oynayırlar. O əlavə edib ki, Pekin də Yeni Dehli ilə dialoqu normallaşdırmağa hazırdır.
Medianews.az