Medianews.az
Cəsəd və dəlilləri orada yandırıb? -
61 baxış

Cəsəd və dəlilləri orada yandırıb? - İfadələr üzə çıxdı

Ceffri Epşteynin Nyu-Meksikodakı ucqar “Zorro” rançosu (Mal-qara saxlanılan, at yetişdirilən, böyük əraziyə sahib ferma tipli mülk-red.) ilə bağlı yeni kəşfiyyat sənədləri və keçmiş polis əməkdaşlarının ifadələri müzakirələrə səbəb olub.

Medianews.az “The Sun”a istinadən xəbər verir ki, 15 il mülkün ətrafında patrul xidməti keçirmiş keçmiş polis məmuru FTB-yə rançoda tikilmiş “şübhəli” bir anbar barədə məlumat verib.

Məmurun sözlərinə görə, bu tikili ferma ehtiyacları üçün deyil, xüsusi təhlükəsizlik keçidləri və baca ilə təchiz olunub. O, Epşteynin həmin anbarda dəlilləri, hətta, cəsədləri yox etmək üçün gizli bir zibil yandırma sobası quraşdırdığından şübhələnir.

Qeyd edək ki, son açılan FTB sənədlərində daha bir sarsıdıcı iddia yer alıb. Belə ki, Epşteynin keçmiş işçisi olduğunu deyən şəxs tərəfindən göndərilən e-poçtda iki əcnəbi qızın ranço ərazisindəki təpələrdə gizlicə basdırıldığı qeyd olunub.

Bu məlumatlardan sonra Nyu-Meksiko Baş prokuroru Raul Torrez 2019-cu ildə federal prokurorların xahişi ilə bağlanmış cinayət işini yenidən açıb. Ştat rəhbərliyi həmçinin 2.5 milyon dollar büdcəsi olan “Həqiqət Komissiyası” yaradaraq, Epşteynin illərlə bu ərazidə necə cəzasız qaldığını və yerli məmurların bu işdə əli olub-olmadığını araşdırmağa başlayıb.

Məlumat üçün bildirək ki, hazırda “San Rafael” adlandırılan rançonun yeni sahibi, texaslı iş adamı Don Haffines istintaqla tam əməkdaşlıq edəcəyini bəyan edib. Epşteynin qurbanlarından olan Virciniya Cuffre də vaxtilə bu rançoda nüfuzlu şəxslərə “satıldığını” dəfələrlə iddia etmişdi.




Bizə qoşulun