Medianews.az
Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? -
69 baxış

Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə ciddi narazılıq yaradıb. Qaydalara qarşı deyiləm. Qayda olmalıdır, intizam olmalıdır. Amma sual budur: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, vətəndaşı sıxışdırırıq?

Medianews.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bir neçə ay ərzində 20 bal yığılıb sürücülük vəsiqəsi əlindən alınan minlərlə insan var:

“Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil, regionlarda isə sürücülük bəzən ailənin dolanışığı deməkdir. İnsanlara alternativ və seçim imkanı yaratmadan cərimə ilə yükləmək ədalətli deyil. Əgər məqsəd təhlükəsizlikdirsə, o zaman yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik”.

Deputat təklif edib ki, cərimə siyasəti paralel olaraq real infrastruktur islahatları ilə müşayiət olunsun:

“Əks halda, bu yanaşma yol təhlükəsizliyini artırmayacaq, sadəcə, tətbiq olunan cərimələr və inzibati cəzalar cəmiyyətdə narazılığı dərinləşdirəcək”.

    Bizə qoşulun