Medianews.az
Cenevrədə Rusiya-Ukrayna-ABŞ görüşü başlayıb
54 baxış

Cenevrədə Rusiya-Ukrayna-ABŞ görüşü başlayıb

Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında görüş başlayıb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir.

Danışıqların iki gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub. Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.

Bizə qoşulun