Medianews.az
Canlı yayımda jurnalisti tank vurdu -
125 baxış

Canlı yayımda jurnalisti tank vurdu - Video

Suriyada YPG terror təşkilatı ilə ordu arasında baş verən qarşıdurmaları işıqlandıran “Suriya” TV müxbiri canlı yayım zamanı bədbəxt hadisə ilə üzləşib.

Hadisə kameralar tərəfindən qeydə alınıb.

Məlumata görə, Hələb əyalətində hərbi əməliyyatlardan reportaj hazırlayan jurnalist arxadan gələn tankın toxunması nəticəsində qəfildən yerə yıxılıb. Baş verənlər canlı yayımda tamaşaçılara təqdim olunub.

Hadisədən dərhal sonra yayım dayandırılıb. Ərazidə olan əsgərlər müxbirin köməyinə çataraq, ona ilkin tibbi yardım göstəriblər.

Bildirilir ki, jurnalistin vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.

Bizə qoşulun