Medianews.az
 Çak Norris kim idi və nədən öldü
152 baxış

Çak Norris kim idi və nədən öldü

Döyüş sənətləri ustası və Hollivudun unudulmaz siması Çak Norris 86 yaşında dünyasını dəyişib. Havay adalarında tətildə olarkən qəfil halı pisləşən aktyorun vəfat xəbərini ailəsi təsdiqləyib. Milyonlarla insanın kumirinə çevrilən Norrisin ölümü kino dünyasında kədərlə qarşılanıb.

Məlumata görə, o xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvləri Çak Norrisin son anlarını yaxınlarının əhatəsində və hüzur içində keçirdiyini bildiriblər. Paylaşılan vida mesajında onun təkcə dünya şöhrətli ulduz deyil, həm də sadiq həyat yoldaşı və fədakar ata olduğu vurğulanıb.

Karlos Rey Norris 1940-cı ildə anadan olub. O, karyerasına kino ilə deyil, dövüş sənətləri ilə başlayıb və 1960-cı illərdə altı dəfə karate üzrə dünya çempionu adını qazanıb. Aktyorun yaradıcılığında ən mühüm dönüş nöqtəsi 1972-ci ildə "Əjdahanın yolu" filmində Brüs Li ilə Kolizeydəki döyüş səhnəsi hesab olunur. Bu kadrlar dünya kino tarixinin ən ikonik anlarından biri kimi yaddaşlara həkk olunub.

90-cı illərdə yayımlanan "Uoker, Texas reynceri" serialı ilə televiziya ekranlarının əvəzolunmaz simasına çevrilən Norris həm də internet məkanında "məğlubedilməzlik" simvolu kimi tanınırdı. Onun "Delta Force" və "Missing in Action" kimi filmləri aksiyon janrının klassikləri sırasındadır.\Demokrat.az

Bizə qoşulun