Medianews.az
Qıtlıq təhlükəsi böyüyür:
70 baxış

Qıtlıq təhlükəsi böyüyür: Əhali piştaxtaları boşaltdı

ABŞ-İsrail-İran müharibəsi təkcə regionda deyil, bəzi Avropa ölkələrində də psixoloji gərginlik yaradıb.

Medianews.az xəbər verir ki, Yunanıstanda əhali arasında keçirilən sorğunun nəticələri müharibənin təsirsiz ötüşmədiyini üzə çıxarıb. Rəyi soruşulanların 57 faizi özünün və ovladlarının gələcəyi ilə bağlı narahatlıq keçirdiyini bildirib. Respondentlərin 72 faizi müharibə başlayandan sonra xərclərini azaltdıqlarını etiraf edib. Onlar "qara gün" üçün pul yığdıqlarını gizlətməyiblər.

Rəyi soruşulanların 68 faizi maddi durumunun qənaətbəxş olmadığını dilə gətirib. Sorğuya cəlb edilən hər 10 nəfərdən 8-i marketlərdə ucuz mal axtardığını söyləyib. Onlar ancaq endirimdə olan məhsulları ala bildiklərini vurğulayıblar.

Son bir həftədə ölkədə ərzağa tələbat kəskin artıb. Marketlərə axın edən istehlakçıların piştaxtaları bosaltdığı müsahidə edilir. Əhalinin ən azı yarısı müharibənin daha bir müddət davam edəcəyi təqdirdə Avropada qıtlıq olacağıni düşünür.

Bizə qoşulun