Medianews.az
Qəzaların səbəbi bu idi? – İşıqforlarla bağlı
70 baxış

Qəzaların səbəbi bu idi? – İşıqforlarla bağlı QƏRAR VERİLDİ – VİDEO

Bakıda işıqforlarda saniyəölçən tabloların ləğvinə başlanılıb.

Medianews.az xəbər verir ki, bu dəyişiklik yollarda yaranan təhlükələrin azaldılması məqsədi daşıyır.

Məlumata görə, bəzi sürücülər saniyəölçən tablolarda göstərilən vaxta uyğun olaraq riskli davranışlara yol verir. Xüsusilə yaşıl işığın sönməsinə az vaxt qaldıqda sürəti artıraraq kəsişməni keçməyə çalışmaları qəza riskini artırır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı müşahidələr də göstərib ki, bir sıra yol-nəqliyyat hadisələri məhz saniyəölçənlərin quraşdırıldığı ərazilərdə baş verir. Bu səbəbdən yenilənmə işləri mərhələli şəkildə həyata keçirilir.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə də işıqforlarda saniyəölçən tablolardan imtina edilib və yalnız siqnal işıqları ilə tənzimləmə tətbiq olunur.

Daha ətraflı süjetdə:

Bizə qoşulun