"Xəmsə" Milli İntellektual Oyununun yaradıcısı Faiq Hüseynov dünyasını dəyişib.
Bu barədə oxu24.com-a onun yaxınları məlumat verib.
O, 2018-ci ildə ilk dəfə olaraq "Nə?Harada?Nə Zaman?" oyunu üzrə Beynəlxalq Klublar Assosasiyasının konqressində İdarə Heyətinə seçilən azərbaycanlı olub.
Faiq Hüseynov Azərbaycanda bir çox intellektual oyunların təşkilində mühüm rol oynayıb.