Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub.
Medianews.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb.
Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KIA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişməli olub.
Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə sayılır. Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.