Medianews.az
Qətlə yetirilib yandırılan KübranIn cəsədinin hissələri
98 baxış

Qətlə yetirilib yandırılan KübranIn cəsədinin hissələri TAPILDI

Türkiyənin Antalya şəhərində 30 apreldən bəri itkin düşən Kübra Yapıcı ilə bağlı dəhşətli qətlin təfərrüatları üzə çıxıb.

Medianews..az xəbər verir ki, gənc qadının güllələnərək öldürüldüyü, daha sonra meşəlik ərazidə basdırıldığı və izləri gizlətmək məqsədilə yandırıldığı müəyyən edilib.

İstintaq zamanı şübhəli İlyas Umut Dalqar cinayəti etiraf edib. Digər şübhəli Ataberk Sezen isə keçirilən əməliyyat zamanı saxlanılıb.

Məlumata görə, Dalqar ilkin ifadəsində Kübra Yapıcını açıq bazarın qarşısında qoyduğunu desə də, polis araşdırması həmin saatlarda bazarın bağlı olduğunu üzə çıxarıb. Ziddiyyətli ifadələrdən sonra şübhəli qətli etiraf edib.

Onun ifadəsinə əsasən, Kübra Yapıcı borc məsələsinə görə Burdurdakı meşəlik əraziyə aparılıb və orada güllələnərək öldürülüb. Daha sonra cəsəd basdırılıb, sonradan isə yenidən çıxarılaraq yandırılıb.

Şübhəlinin etirafından sonra hüquq-mühafizə orqanları Korkuteli bəndi ərazisində axtarış aparıb. Nəticədə qadının cəsədinin bir hissəsi bənddə aşkarlanıb. Tapılan qalıqlar ekspertiza üçün morqa göndərilib və daha sonra Antalya Məhkəmə Tibb İnstitutuna təhvil veriləcəyi bildirilib.

İstintaq çərçivəsində meşəlik ərazidə də yanmış insan qalıqları aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bizə qoşulun