Türkiyənin İstanbul şəhərində ailə dramı faciə ilə nəticələnib.
Medianews.az xəbər verir ki, Kağıthane rayonunda boşanma prosesində olduğu həyat yoldaşının evinə gələn Rüzgar Eser baş verən mübahisə zamanı həyat yoldaşı Nurşin E.-ni silahla yaralayıb, daha sonra isə baldızı və qayınanasına hücum edib.
Hadisə Eliktepe məhəlləsində qeydə alınıb. İddiaya görə, barəsində uzaqlaşdırma qərarı olan Rüzgar Eser həyat yoldaşı ilə danışmaq üçün evə gəlib. Tərəflər arasında yaranan mübahisə qısa zamanda böyüyərək silahlı insidentə çevrilib.
Məlumata görə, Nurşin E. güllə yarası alıb, evdə olan baldız Betül E. və ana Delal A. isə hücuma məruz qalıb. Gərginlik zamanı qayınana Delal A. mətbəxdən götürdüyü bıçaqla kürəkənini sinəsindən vurub. Ağır yaralanan Rüzgar Eser hadisə yerində həyatını itirib.
Xəstəxanada müalicə aldıqdan sonra saxlanılan Delal A. polisə verdiyi ifadədə hadisə zamanı ailəsini qorumağa çalışdığını bildirib. O deyib ki, Rüzgar Eser qəfil silah çıxararaq atəş açmağa başlayıb və qızını yenidən vurmağa çalışarkən baş verən dava zamanı əlindəki bıçaq təsadüfən ona dəyib.
Hadisə ilə bağlı Delal A. və qızı Betül E. polis tərəfindən saxlanılaraq məhkəməyə göndəriliblər. Araşdırmalar davam edir.
Medianews.az



