Medianews.az
Bu yatış pozası infarkt riskini
120 baxış

Bu yatış pozası infarkt riskini artıra bilər

Kardioloq Rikardo Kals bəzi insanlarda arxası üstə yatmağın ürək sağlamlığı üçün təhlükəli ola biləcəyini bildirib.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə dil və yumşaq damaq geriyə doğru hərəkət edərək tənəffüs yollarını daralda bilər. Nəticədə yuxu apnesi yaranır ki, bu da ürək-damar sisteminə mənfi təsir göstərir.

Həkim qeyd edib ki, yuxu apnesi yüksək təzyiq, infarkt, insult, ürək çatışmazlığı və ritm pozğunluqları riskini artırır. Xəstəlik gündüz yorğunluğu, əsəbilik və diqqət pozğunluğu kimi əlamətlərlə özünü göstərə bilər.

Mütəxəssis bu simptomların nəzərə alınmasını və vaxtında həkimə müraciət edilməsini tövsiyə edir.

Medianews.az

Bizə qoşulun