Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Qaradağlı kəndində Ramiz Qəzənfər oğlu Məmmədova məxsus “Ağdam” şadlıq evində yoxlama keçiriblər.
Medianews.az-ın məlumatına görə, Agentliyin İnformasiya təminatı və innovativ həlllər şöbəsindən bildirilib ki, yoxlama zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.



