Medianews.az
Bu ölkə amerikalı reperin ölkəyə girişinə
99 baxış

Bu ölkə amerikalı reperin ölkəyə girişinə qadağa qoydu

Polşanın xarici işlər naziri Radoslav Sikorski amerikalı reper Kanye Uestin ölkəyə girişini qadağan edib, musiqiçini faşist adlandırıb və onun yerinin həbsxana olduğunu bildirib.

O, bu barədə Solçu Partiyanın liderlərindən biri Maqdalena Beyeatlə birlikdə İnstaqramda ictimaiyyətə müraciət edərkən deyib.

“Cənab Kanye Uest Polşaya girməyəcək. Faşistlərin yeri həbsxanadır”, - o bildirib.

Qeyd edək ki, son illərdə reper xüsusən də nasizm və köləlik mövzularında verdiyi açıqlamalarla müntəzəm olaraq qalmaqala səbəb olub, bəzən hətta açıq şəkildə nasist simvollarını nümayiş etdirib./kult

Bizə qoşulun