Türkiyənin məşhur aktrisası Gonca Vuslaterinin gilasla bağlı verdiyini yumaristik açıqlama sosial şəbəkədə gündəm olub.
Medianews.az xəbər verir ki, aktrisa giləmeyvənin baha olmasına diqqət çəkib.
O, "Bunun üçün 5 min lirə verdim. Artıq bir toxumunu belə ata bilmirəm. Bu əkilməz də, buna yas mərasimi lazımdır" deyərək qiymətlərə reaksiya verib.
Gonca Vuslaterinin paylaşımı qısa zamanda minlərlə istifadəçi tərəfindən izlənilib və paylaşılıb. Sosial şəbəkə istifadəçiləri meyvə-tərəvəzin bahalaşmasına münasibət bildirərək videonu müzakirə mövzusuna çeviriblər.
Medianews.az