Onlar foyedə bir yerdə oturub qəhvə içirdilər.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə keçirilən danışıqlarda Avropa ölkələrinin iştirakı barədə danışarkən bildirib.
“Üçtərəfli danışıqlar davam edərkən avropalılar foyedə oturmuşdular və qəhvə içirdilər”, - o bildirib.
Qeyd edək ki, ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqları Cenevrədə 17-18 fevral tarixlərində baş tutub.