Medianews.az
Elektrik naqilləri ilə oynayan yeniyetməni
64 baxış

Elektrik naqilləri ilə oynayan yeniyetməni "tok" vurdu

Goranboyda yeniyetməni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Medianews.az xəbər verir ki, hadisə rayonun Todan kəndində qeydə alınıb. Belə ki kənd sakini 2013-cü il təvəllüdlü Y.Əliyev huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı başının çoxsaylı açıq yarası və bədənin müxtəlif travması diaqnozu qoyulub. Yeniyetməyə  dərhal  xəstəxanada  yardım edilib. Hazırda 13 yaşlı yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, 13 yaşlı oğlanı   yaşadığı evdə elektrik cərəyanı vurub. Yaxınlarınnın sözlərinə görə, hadisə yeniyetmə elektrik naqilləri ilə oynayarkən ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə  adiyyatı qurumların əməkdaşları cəlb edilib. Fakt araşdırılır.(

Bizə qoşulun