Medianews.az
Mahir Emreli ilə bağlı
61 baxış

Mahir Emreli ilə bağlı xoş xəbər

Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern” heyətində forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara dönüb.

Medianews.az xəbər verir ki, 23-cü tur çərçivəsində səfərdə “Proyssen Munster”lə qarşılaşan “Kayzerslautern”in heyətində Emreli 88-ci dəqiqədə meydana daxil olub.

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Kayzerslautern”in qollarını Ritter (9-cu dəqiqə, penalti və 40-cı dəqiqə) və Bassett (45+1) vurub. Meydan sahiblərinin heyətində isə Hoyer 21 və 87-ci dəqiqələrdə fərqlənib.

Bizə qoşulun