Medianews.az
Yeganə Hacıyeva:
63 baxış

Yeganə Hacıyeva: “Prezident Əliyevin ailəsinə qarşı hibrid hücumların əsas hədəfi Azərbaycan Dövlətidir”

"Son ayda xarici aktorların Azərbaycan Prezidenti və ailəsinə sistemli hücümları və ölkə daxili siyasi diskursa müdaxilə əməliyyatları kəskin artıb".

Medianews.az xəbər verir ki, bu fikri Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva yazıb.

Yaganə Hacıyeva bildirib ki, uzun müddətdir ki, xarici maliyyə axınları ilə koordinasiya olunan müxalif media infrastrukturları təhlükəli şəkildə ölkə daxili diskursu istiqamətləndir, gündəm formalaşdırır, ictimai rəyi manipulyasiya edir:"Problemin təhlükəli tərəfi ondan ibarətdir ki, belə xarici təsirlərə cavab olaraq daxili media mühitində məntiqsiz, emosional və nəzarətsiz narrativlər dövriyyəyə buraxılır.

Strateji kommunikasiya ilə spontan reaksiya arasındakı fərq nəzərə alınmır.

Bu isə hücumu təşkil edən tərəflərin işini asanlaşdırır , onların qurduğu strategiyanı “gücləndirir” və s.

Prezident ailəsinə hibrid hücumlara qarşı diskursda cavabların qeyri-proporsional olması hakim ailəni şəxsən özünü müdafiə mövqeyinə keçməyə məcbur qoyub.

Emin Hüseynovun arvad paltarında səfirlikdə 10 ay gizləndiyi kimə sirr idi ki?

Bu fakt , ailəsinə ay yarım davam edən hibrid hücum əməliyyatlarına qarşı mediada cavab olaraq bir dəfə də olsun səslənsə idi, Xanım Birinci Vitse-Prezident bu fikiri özü səsləndirmək məcburiyyətində qalmazdı.

Adamlar özlərini özü müdafiə etmək məcburiyyətində qalıblar.

Belə hal sadəcə informasiya məkanında boşluq və ya nəzarət zəifliyi siqnalı deyil.

Bu, informasiya təhlükəsizliyinin zəif və məsuliyyətsiz koordinasiyasının göstəricisidir.

Prezident ailəsinə qarşı hibrid hücümları mediadakı struktur təhlükəsizlik mexanizmlərinin neytrallaşdıra bilməməsi və kont-təbliğatın adekvat olmamasının nəticəsidir.

İnformasiya təhlükəsizliyi sahəsində koordinasiyanın zəifliyi, strateji kommunikasiya mexanizmlərinin institusional səviyyədə yetərincə işləməməsi dövlətin informasiya suverenliyinin ciddi risk altına qoyub. Çünki Prezident Əliyevin ailəsinə qarşı hibrid hücumların əsas hədəfi Azərbaycan Dövlətidir.

Dövlətin informasiya suverenliyini çat GPT-in generasiyası etdiyi tezislərlə, instagram və tik-tokda şablon hesabların səriştəsiz emosional monoloqları ilə qurmaq və ya
qorumaq mümkün deyil.

Şəxsi səviyyəyə enən müdafiə diskursu avtomatik olaraq müəllifləri yaranmış neqativ fonun mərkəzinə yerləşdirir.

Bu hal isə hibrid hücumların psixoloji effektini artırır və xarici təsir cəhdləri ilə daxili xaotik reaksiyalar bir-birini gücləndirən təhlükəli qarşılıqlı təsir yaradır".

Bizə qoşulun