Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.
Medianews.az xəbər verir ki, o, 23 yanvarda Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.
Qazi Üzeyir Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri olub. O Qarağacı qəbiristanlığında dəfn olunan ilk sakindir.
Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.
O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.


