Ailə üzvlərini məlumatlandırmadan evi tərk edən 18 nəfər tapılıb.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, iyunun 23-də polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılıb.
Məlumata görə, tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
E.Hacıyev vətəndaşlara müraciət edərək, yaşayış ünvanını tərk edərkən ailə üzvlərini məlumatlandırmağın vacibliyini xatırladıb. Bu cür halların həm yaxınların narahatlığına, həm də hüquq-mühafizə orqanlarının əlavə resurs sərf etməsinə səbəb olduğu bildirilib./Publika.az