Ötən axşam Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində 2010-cu il təvəllüdlü H.Mirzəyevin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
15 yaşlı H.Mirzəyev iki dostu ilə birgə 52 nömrəli məktəbin yaxınlığında yerləşən binanın söhbətgahında əyləşib.
Ölən şəxsin yaxınlarının verdiyi məlumata görə, Ə.Novruzlu H.Mirzəyevin tanışı olub. Ə.Novruzlu bıçaqla onlarla zarafat edib. Həmin vaxt H.Mirzəyev onun əməlinə etiraz edib. Lakin Ə.Novruzlu bıçağı H.Mirzəyevin ayağına batırıb. Bu zaman bıçaq onun damarına tuş gəlib.
Bunu görən Ə.Novruzlu və iki tanışı ərazidən uzaqlaşıb. Binada yaşayanlar dərhal təcili yardım çağırıb, lakin H.Mirzəyev çoxlu qan itirərək ölüb.
Faktla bağlı araşdırma aparılır. / Teleqraf
![]()