Medianews.az
“Beşiktaş”ın ulduzları sevgililəri ilə Bodrumda
67 baxış

“Beşiktaş”ın ulduzları sevgililəri ilə Bodrumda görüntüləndi

Türkiyənin məşhur futbol klubu “Beşiktaş”ın bəzi ulduz futbolçuları tətil üçün Bodruma yollanıblar.

Medianews.az xəbər verir ki, futbolçular sevgililəri ilə birlikdə lüks çimərlik məkanlarından birində görüntüləniblər.

Gün ərzində dəniz və günəşin dadını çıxaran oyunçuların rahat halları diqqətdən yayınmayıb. Türkiyə mediasında yayılan fotolarda futbolçuların sevgililəri ilə səmimi anları əks olunub. Həmin görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəm olub.

Qeyd edək ki, mövsümün başa çatmasından sonra bir çox məşhur futbolçu istirahət üçün Bodrum və Çeşmə kimi turizm bölgələrinə üz tutur.

Medianews.az

Bizə qoşulun