Medianews.az
Sərxoş qadın sürücü polisi belə hədələdi -
46 baxış

Sərxoş qadın sürücü polisi belə hədələdi - VİDEO

İstanbulda polisin saxladığı sərxoş sürücü ilə yanındakı qadının hərəkətləri gündəm olub.

Medianews.az xəbər verir ki, polis əməkdaşlarının alkoqol yoxlaması aparmaq istədiyi sürücü əvvəlcə müqavimət göstərib, daha sonra isə “Valini çağıracağam” deyərək polisə hədə-qorxu gəlib.

Yanındakı qadın isə “Atam hakimdir” sözləri ilə diqqət çəkib.

Hadisə zamanı sürücü və qadının həm polisə, həm də jurnalistlərə qarşı təhqir və təhdidlər səsləndirdiyi bildirilib. Alkoqol testindən imtina edən sürücünün sonradan 2.47 promil sərxoş olduğu müəyyən edilib. Məhkəməyə çıxarılan hər iki şəxs barəsində həbs qərarı verilib.

Medianews.az

Bizə qoşulun